Bank Of Baku

Avstriyada Rusiyaya casusluqda şübhəli bilinən Yunanıstan vətəndaşı həbs edilib

Avstriya polisi

© APA | Avstriya polisi

# 19 dekabr 2022 10:10 (UTC +04:00)

Avstriya Daxili İşlər Nazirliyinin “Kobra” xüsusi təyinatlı dəstəsinin əməkdaşları Rusiyaya casusluqda şübhəli bilinən 39 yaşlı Yunanıstan vətəndaşının saxlanılması istiqamətində əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Şübhəli şəxs Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının oğludur. O, Almaniya və Avstriyada diplomat kimi çalışıb.

Saxlanılan şəxsin Vyana yaxınlığında yerləşən evində axtarış aparılıb, dinləmə cihazları, həmçinin bir neçə mobil telefon, noutbuk və planşet aşkar edilərək maddi sübut kimi götürülüb.

Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat Xidməti müəyyən edib ki, şübhəli şəxsin müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə təmasları olub və dövlət sirrini açıqlamaqda da şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR