Rişi Sunak Çindən gələcək hər hansı təhdidə qarşı Britaniyanın sürətli və güclü hərəkət edəcəyini deyib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət üzrə Kompleks İcmalının yenilənmiş variantında (IR23) qeyd edilib ki, Böyük Britaniya ümumi prioritetlərin həllində Çinlə konstruktiv əlaqə saxlamağa davam etsə də, icmal Pekinin daha çox avtoritarizm və iddialılığa doğru tendensiyasını davam etdirəcəyi təqdirdə bunun getdikcə çətinləşəcəyi barədə xəbərdarlıq edib.
"Çin istər təhlükəsizlik, istərsə də dəyərlər baxımından görmək istədiyimiz beynəlxalq nizam üçün müəyyən çətinliklər yaradır və buna görə də bizim yanaşmamız dəyişməlidir" - deyə baş nazir qeyd edib.
O bildirib ki, iqlim dəyişikliyi kimi məsələlərdə Pekinlə əlaqə yaratmaq üçün Britaniya öz tərəfdaşları ilə işləyəcək: “Lakin Çin Kommunist Partiyası məcbur etməyə və ya asılılıq yaratmağa çalışdıqca, biz buna qarşı çıxmaq üçün başqaları ilə sıx əməkdaşlıq edəcəyik. Bizi demokratiyamız və iqtisadiyyatımızı qorumaq üçün yeni tədbirlər görəcəyik”,- deyə o,bildirib.
Sənəddə xüsusilə Çinin Rusiya ilə dərinləşən tərəfdaşlığı və Moskvanın İranla artan əməkdaşlığı kimi xüsusi narahatlıq doğuran iki hadisə vurğulanıb.