Belqradda Kosovonun tanınmasına qarşı etiraz aksiyası keçirilib

Belqradda Kosovonun tanınmasına qarşı etiraz aksiyası keçirilib
# 17 mart 2023 23:07 (UTC +04:00)

Serbiyanın paytaxtında müxalifət tərəfdarları Müqəddəs Sava kilsəsi qarşısında nümayiş təşkil ediblər.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, aksiyada mindən çox insan iştirak edib. Onlar respublika rəhbərliyini Kosovo məsələsində güzəştə getməməyə çağırıblar.

Nümayişçilər Kosovonun tanınmasına razı olmamağa çağırıb, “təslim olmağ”a qarşı çıxıb və “Kosovo Serbiyadır!” şüarını səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR