İsrail Baş naziri Naftali Bennett Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Baş nazirin rəsmi "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, son 24 saat ərzində bu İsrail Baş naziri və Ukrayna Prezidenti arasında üçüncü telefon danışığıdır.
İsrail Baş naziri hökumətin iclasında uğur əldə etmək üçün şansların böyük olmadığını, ancaq Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında vasitəçiliyə davam edəcəyini deyib: “Bu, bizim mənəvi borcumuzdur”.
Xatırladaq ki, martın 6-da İsrail Baş naziri Moskvaya səfər edib. O, Kremldə Rusiya Prezidenti ilə 3 saatlıq danışıqlardan sonra Berlinə gedib və Almaniya kansleri Şoltsla görüşüb.
İsrail mətbuatı bildirib ki, N. Bennettin Moskva səfəri barədə Vaşinqton, Paris və Berlin əvvəlcədən məlumatlandırılıb.