İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, bu barədə ANSA Agentliyi məlumat verib.
Onun xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 86 yaşlı sabiq nazir aprelin əvvəlində xəstəxanaya yerləşdirilmişdi.