Bank Of Baku

BMT Baş katibi Gürcüstana çağırış edib

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik

© APA | BMT Baş katibinin sözçüsü Stefan Düjarrik

# 05 dekabr 2024 12:25 (UTC +04:00)

“Biz Gürcüstanda baş verənləri narahatlıqla izləyirik, ifadə və sərbəst toplaşmaq azadlığına hörmət edilməsinin vacibliyini vurğulayırıq”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib . O, insan hüquqlarının pozulması ilə bağlı bütün məlumatların vaxtında və tam şəffaflıqla araşdırılmasının vacibliyini vurğulayıb.

“Baş katib bütün aktorları növbəti zorakılığa gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə və dialoq yolu ilə fikir ayrılıqlarını aradan qaldırmağa çalışmağa çağırır”, – Stefan Düjarrik bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR