Ukraynada fevralın 24-də başlayan müharibə nəticəsində indiyədək azı 1424 mülki şəxs həlak olub və yaralanıb.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu statistika BMT-nin məlumatında yer alır.
Məlumatda qeyd olunur ki, mülki əhali arasında itkilərin əksəriyyəti geniş radiuslu məhvetmə ərazisi olan partlayıcı silahlardan, o cümlədən ağır artilleriya və reaktiv sistemlərdən açılan atəş nəticəsində həyatını itirib.
Bildirilir ki, həlak olan mülki şəxslərin əksəriyyətinin cinsi müəyyən edilməyib.