Bank Of Baku

BMT-nin xüsusi məruzəçisi Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə etiraz edib

BMT-nin xüsusi məruzəçisi Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə etiraz edib
# 12 mart 2023 18:44 (UTC +04:00)

Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.

APA xəbər verir, bu barədə "Guardian" nəşri yazır.

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.

"Beləliklə, nə qədər ki, dövlət universitetlərində ingilis dili istifadə olunur, Korsika dili qadağandır", - deyə BMT nümayəndəsi vurğulayıb.

Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR