Borrel Aİ-ni müdafiə xərclərini artırmağa çağırıb

Borrel Aİ-ni müdafiə xərclərini artırmağa çağırıb
# 15 aprel 2024 12:06 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell region ölkələrini müdafiə xərclərini ümumdaxili məhsulu 2 faizi həcmində artırmağa çağırıb.

APA “Interfax”a istinadən xəbər verir ki, o bildirib ki, bunun üçün qısa müddətdə NATO çərçivəsində effektiv müdafiə sistemi yaradılmaldır. Onun sözlərinə görə, atılacaq addımlar heç də Avrozonanın müharibəyə hazırlaşdığı anlamına gəlmir.

C. Borrel həmçinin vurğulayıb ki, Ukrayna müharibəsi region üçün dərs olmalı, Avropa İttifaqı müdafiə xarakterli məhsulların istehsalını artırmalıdır:

“Ukrayna müharibəsinin başladığı dövrdən Avropa İttifaqı ölkələri silah-sursat alışını 78 faiz həcmində artırıb. 2023-cü il ərzində ümumdaxili məhsulun 1,7 faizi müdafiə qabiliyyətinin artırılmasına sərf olunub. Bu il isə həmin göstərici 2 faizdən yuxarı olmalıdır. 2007-ci ildə Avrozonaya daxil olan dövlətlər ümumi müdafiə xərclərinin 35 faizini hərbi texnika alınmasına sərf etmək öhdəliyini götürsə də, hazırda bu göstəriciyə cəmi 18 faiz əməl olunur”.

İttifaq rəsmisi əlavə edib ki, son dövrlər Ukraynanın silah-sursatla təchizatında ciddi problemlər yaranıb:

“İstər bu məsələdə, istərsə də müasir hərbi texnologiyalar və pilotsuz uçuş aparatlarının təminatı, habelə süni intellektin tətbiqində kifayət qədər çətinliklərlə üzləşmişik” – deyə, diplomat fikirlərini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR