Borrell: Belə davam edərsə, Gürcüstan üçün Aİ-nin qapısı bağlana bilər

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell

# 24 iyun 2024 10:58 (UTC +04:00)

Bu gün Aİ Xarici İşlər Şurasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunacaq.

APA xəbər verir ki, bunu iclasdan əvvəl jurnalistlərə açıqlamasında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

“Bir məsələ aydındır ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirir. Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq”, - Aİ-nin baş diplomatı vurğulayıb.

Cozep Borrell əlavə edib ki, bugünkü iclasda XİN rəhbərləri Gürcüstanla bağlı qısa və orta müddətdə atılacaq addımları müzakirə edəcəklər.

Aİ-nin Ali Nümayəndəsi deyib ki, o, XİN rəhbərlərinə Gürcüstanla bağlı hansı addımların atıla biləcəyi ilə bağlı təkliflər təqdim edəcək.

Borellin sözlərinə görə, bugünkü iclasda tədbirlərin görülməsi ilə bağlı qərar verilməyəcək, çünki bu, siyasi müzakirələrdir və konkret nəticələr gözlənilmir: “Lakin qısa müddətlik tədbirlərlə bağlı, məsələn, Gürcüstana Avropa Sülh Mexanizmi vasitəsilə verilən dəstəyin dayandırılması mümkündür, biz yüksək səviyyəli siyasi təmasları dayandıra bilərik və yaxud birbaşa hökumətə gedən maliyyə dəstəyinin bir qismini kəsə bilərik. Biz mülki əhaliyə qərarlarımızla təsir etmək istəmirik. İnsanların qərarlarımızdan əziyyət çəkməsini istəmirik. Ancaq günün sonunda sizə XİN rəhbərlərinin mənim təkliflərimə münasibəti barədə məlumat verəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR