Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İrana qarşı növbəti sanksiyaların tətbiq olunacağını bildirib.
APA xəbər verir ki, bu barədə Borrell jurnalistlərə açıqlamasında deyib.
Ötən həftə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığını xatırladan Cozep Borrell deyib ki, o, danışıq zamanı qarşı tərəfə Aİ-nin narahatlığını çatdırıb və bildirib ki, Aİ İrandakı edamları qəti şəkildə pisləyir.
"Bu gün İrana qarşı qəbul ediləcək sanksiyalar həm humanitar səbəblərdən, həm də İranın Rusiyaya verdiyi dəstəyə görə tətbiq olunacaq. İrana qarşı çox sərt sanksiyalar paketini təsdiqləməyə hazırlaşırıq. İran XİN başçısı ilə heç də asan dialoqum olmadı. İran anlamalıdır ki, Aİ bu ölkədə baş verənləri qəti şəkildə pisləyir, İran qadınlarını, dinc nümayişçiləri dəstəkləmək üçün əlimizdən nə gəlirsə edəcəyik", o deyib.