Bank Of Baku

Borrell: "Şərq Tərəfdaşlığı" ölkələri ilə necə işləməyi yenidən düşünməliyik

Cozep Borrell

© APA | Cozep Borrell

# 12 dekabr 2022 11:46 (UTC +04:00)

"Şərq Tərəfdaşlığı" ölkələri ilə necə işləməyi yenidən düşünməliyik".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.

"Bu gün "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri ilə görüşəcəyik. Vəziyyət artıq dəyişib və biz bu ölkələrlə necə işləməyi yenidən düşünməliyik, çünki bu 6 ölkədən 3-ü artıq Aİ-yə üzvlük üçün müraciət edib, 1 ölkə Aİ-dən tamamilə uzaqlaşıb. Bu ölkələr müxtəlifdir və onlarla işləyərkən biz bunu diqqətə almalıyıq. Bildiyiniz kimi Ukraynada müharibə başlayandan bəri bu, "Şərq Tərəfdaşlığı" ölkələri XİN başçılarının ilk görüşüdür və təbii ki, biz Ukraynadakı vəziyyəti də ətraflı müzakirə edəcəyik", Borrell vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR