Bank Of Baku

Borrell: Ukrayna üzrə sülh danışıqları ABŞ-dakı prezident seçkilərindən əvvəl başlamayacaq

Borrell: Ukrayna üzrə sülh danışıqları ABŞ-dakı prezident seçkilərindən əvvəl başlamayacaq
# 12 iyun 2023 15:12 (UTC +04:00)

Ukrayna üzrə sülh danışıqları ABŞ-dakı prezident seçkilərindən əvvəl başlamayacaq.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İspaniyanın “Odna Cero” radiosuna müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindəki səsvermənin nəticələrini gözləyir.

“Əgər mən də çinlilər kimi Putinin dostu olsaydım, ona deyərdim ki, çox böyük səhv edib və bu səhvi tez bir zamanda düzəltsin. Çindən də gözlədiyimiz budur”, - deyə diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR