Avropa İttifaqı Şurası bu gün Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd ölkə statusu verib.
APA xəbər verir ki, bu barədə Frans-Presə Avropa rəsmiləri məlumat veriblər.
***
14.00
Avropa İttifaqına (Aİ) üzvlüyünə namizəd statusu üçün müraciət edən Bosniya və Herseqovinaya bu gün status veriləcək.
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.
Borrell əlavə edib ki, üzv ölkələrin nazirləri müraciəti müsbət qarşılayıb.
Xatırladaq ki, Bosniya və Hersoqovina ilə yanaşı, Kosovo da Aİ-yə üzvlüklə bağlı müraciət edib.