Böyük Britaniya Ukraynaya mindən çox metal detektoru və yüz bomba zərərsizləşdirmə dəsti bağışlayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, minalanmış ərazilərin təmizlənməsinə və ərazinin, mülki insanların evlərinin və infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə yardım məqsədilə Ukraynaya 1000-dən çox “Vallon” metal detektoru və 100 bomba zərərsizləşdirmə dəsti bağışlayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak daha əvvəl bildirmişdi ki, ölkəsi gələn il Ukraynaya hərbi yardımı davam etdirmək və artırmaq niyyətindədir.