Rusiya Ukraynaya təcavüzünün başlanğıcında dəqiq zərbələr endirmək və ikinci dərəcəli itkilərin qarşısını qalmaq qabiliyyətini açıq şəkildə təbliğ edirdi.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, münaqişə Rusiyanın müharibədən əvvəlki gözləntiləri xaricində davam etdiyi üçün onun idarəolunan sursat ehtiyatı çox güman ki, xeyli tükənib: “Bu, Rusiyanı istifadəsi mümkün olan, lakin etibarsız, qeyri-dəqiq və asanlıqla qarşısı alınan köhnəlmiş sursatlardan istifadə etməyə məcbur edib. Rusiya artıq istifadə etdiyi idarəolunan raketlərin yerininin doldurulmasında çətinlik çəkcək”.
Əlavə olunub ki, Rusiyanın Ukraynaya hücumu onun genişmiqyaslı dəqiq zərbələr endirmək qabiliyyətindəki çatışmazlıqları üzə çıxarıb.
Vurğulanıb ki, Rusiya Ukraynanın qəsəbə və şəhərlərini dinc əhali arasında itkiləri nəzərə almadan və ayrı-seçkilik etmədən intensiv bombardmanlara məruz qoyub.