Bank Of Baku

Britaniya növbəti 5 ildə müdafiəyə 11 milyard funt sterlinq əlavə edəcək

Britaniya növbəti 5 ildə müdafiəyə 11 milyard funt sterlinq əlavə edəcək
# 15 mart 2023 17:10 (UTC +04:00)

Britaniyanın maliyyə naziri Ceremi Hunt inflyasiyanın ötən ilki 10,7%-dən ilin sonuna kimi 2,9%-ə düşəcəyini proqnozlaşdırıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, nazir yeni büdcəni İcmalar Palatasında təqdim edib və Böyük Britaniyanın iqtisadi artımını necə planlaşdırdığını izah edib.

O bildirib ki, hökumət növbəti beş il ərzində müdafiə büdcəsinə 11 milyard funt sterlinq əlavə edəcək.

Ceremi Huntun sözlərinə görə, müdafiə naziri Ben Uollesin inandırıcı təqdimatından sonra belə bir qərar alınıb: “Bu gün müdafiə nazirinin inandırıcı təqdimatlarından sonra təsdiq edirəm ki, biz növbəti beş il ərzində müdafiə büdcəmizə 11 milyard funt-sterlinq əlavə edəcəyik və bu, 2025-ci ilə qədər ÜDM-in təxminən 2,25%-ni təşkil edəcək”.

Büdcə Məsuliyyəti İdarəsinin məlumatına görə, qiymət artımı və ya inflyasiyanın sürətinin 2023-cü ilin sonuna kimi 2,9%-ə düşəcəyi proqnozlaşdırılır.

Yeni büdcəyə əsasən, biznes üçün korporasiya vergisi planlaşdırıldığı kimi 19%-dən 25%-ə qədər artırılacaq.

Bununla da 250.000 funt sterlinqdən çox mənfəət əldə edən firmalar aprel ayından etibarən mənfəətlərinə görə 25% vergi ödəyəcəklər.

Nazir həmçinin, bu ildən sonra Böyük Britaniya iqtisadiyyatında artımın olacağını deyib. Britaniya iqtisadiyyatında 2024-cü ildə 1,8%; 2025-ci ildə 2,5%; 2026-cı ildə 2,1%; 2027-ci ildə 1,9% artım olacağı planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR