Böyük Britaniya və İsveç Ukrayna üçün 16 müasir təyyarənin alınmasına 300 milyon funt sterlinq ayıracaq.
"RBK-Ukrayna"nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Starmer ayrılan vəsait hesabına alınacaq təyyarələrin Ukraynanın hava məkanının Rusiya hücumlarından müdafiəsinə töhfə verəcəyini deyib.
Baş nazir qeyd edib ki, bu dəstək Böyük Britaniya və İsveçin birgə təşəbbüsü çərçivəsində həyata keçiriləcək.