Paşha Bank
Bank Of Baku

Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb

Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
# 11 noyabr 2026 11:17 (UTC +04:00)

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7% çoxdur.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,9% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9% artıb.

Yanvar-oktyabr aylarında neft-qaz sektorunda 35 milyard 229,1 milyon manat, qeyri-neft-qaz sektorunda isə 80 milyard 701,4 milyon manatlıq əlavə dəyər istehsal olunub.

Beləliklə, ÜDM-in 30,4%-i neft-qaz, 69,6%-i isə qeyri-neft-qaz sektorunun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR