Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Finlandiya xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı “Tvitter” hesabında bildirib.
O, finlandiyalı həmkarı ilə NATO-nun genişlənməsi məsələsini müzakirə edib.
Mövlud Çavuşoğlu zəlzələ ilə əlaqədar Türkiyəyə dəstəyinə görə Finlandiyaya təşəkkür edib.