Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrlandiya və Norveçin xarici işlər nazirləri Simon Koveney və Anniken Huitfeltd ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.
Diplomat qeyd edib ki, görüş zamanı tərəflər regional hadisələri, xüsusilə Suriyadakı son vəziyyəti müzakirə ediblər.