Bank Of Baku

Çavuşoğlu: İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair Türkiyənin tələblərinin icrasında irəliləyiş var

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 22 dekabr 2022 15:11 (UTC +04:00)

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair Türkiyənin bəzi tələblərinin icrasında irəliləyiş var.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu addımları görür və məmnuniyyətlə qəbul edir:

“Terrorçuluqla əlaqəli cinayətkarların ekstradisiyası və aktivlərinin dondurulması ilə bağlı konkret addımlar hələ yoxdur”.

Çavuşoğlu, həmçinin, əlavə edib ki, Türkiyənin müdafiə sənayesi şirkətləri İsveçdən bəzi məhsulların idxalında lazımi müsbət cavabı ala bilməyib.

Xatırladaq ki, bir müddət əvvəl İsveç Türkiyəyə qarşı tətbiq etdiyi silah embarqosunu ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR