Bank Of Baku

Çavuşoğlu və Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək

Çavuşoğlu və Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək
# 21 dekabr 2022 13:19 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İsveç xarici işlər naziri Tobias Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək.

APA Türkiyə XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveç Krallığının xarici işlər naziri Tobias Billström dekabrın 22-də Türkiyəyə rəsmi səfər edəcək.

"Nazir Çavuşoğlu ilə qonaq nazir arasında keçiriləcək görüşdə Türkiyə ilə İsveç arasında ikitərəfli münasibətlərin müzakirəsi, İsveçin 2023-cü ilin yanvarında Aİ-yə sədrliyi kontekstində Türkiyə-Avropa İttifaqı münasibətləri, İsveçin NATO-ya üzvlük prosesi, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - Türkiyə XİN bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR