Kiprdə həll yalnız adada mövcud olan reallıqlar əsasında həyata keçirilə bilər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfəri zamanı bildirib.
O qeyd edib ki, Türkiyə Şimali Kipr Türk Respublikasının (ŞKTR) haqlarını müdafiə etməyə davam edəcək. Bundan əlavə, Cevdet Yılmaz əlavə edib ki, Şimali Kiprin müstəqilliyi Ankara üçün hədəfdir.
Türkiyəli vitse-prezident Şərqi Aralıq dənizinin təbii qaynaqlarının ortaq və ədalətli şəkildə paylaşılmasının vacibliyini vurğulayaraq Kiprin yunan hökumətini əməkdaşlığa dəvət edib.