Bank Of Baku

Çin Almaniya ilə münasibətləri yeni səviyyəyə qaldırmağa hazırdır

Almaniya kansleri Fridrix Merts və Çin sədri Si Cinpin

© APA | Almaniya kansleri Fridrix Merts və Çin sədri Si Cinpin

# 25 fevral 2026 15:52 (UTC +04:00)

Almaniya Lansleri Fridrix Merts Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

APA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Si Cinpin görüş zamanı ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa hazır olduqlarını bildirib və Çin–Almaniya əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya Kansleri Çində iki günlük səfərdədir. Bu səfər ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri və digər qeyri-sabit xarici siyasət addımları fonunda baş tutur.

Bildirilir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin ötən il ABŞ-ı geridə qoyaraq Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR