Bank Of Baku

Çin XİN rəhbəri Aİ Şurasının Prezidenti ilə görüşüb

Çin XİN rəhbəri Aİ Şurasının Prezidenti ilə görüşüb
# 02 iyul 2025 14:46 (UTC +04:00)

Çinin xarici işlər naziri Vanq Yi və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta arasında Brüsseldə görüş keçirilib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının “X” sosial şəbəkəsində paylaşım edilib.

Antonio Koşta bildirib ki, Aİ və Çin beynəlxalq hüquqa əsaslanan qlobal nizamın və çoxtərəfli sistemin gücləndirilməsi istiqamətində birgə çalışmalıdır.

O qeyd edib ki, bu il Avropa İttifaqı ilə Çin arasında diplomatik münasibətlərin 50 illiyi tamam olur.

Koşta bildirib ki, görüş zamanı Aİ-nin uzunmüddətli narahatlıqları barədə açıq və səmimi müzakirələr aparılıb.

“Bu il Avropa İttifaqı və Çin arasında diplomatik münasibətlərin 50 illiyi tamam olur. Uğurlu və müsbət bir Aİ–Çin sammitinə hazırlıq məqsədilə bu gün Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdüm. Biz Aİ-nin uzunmüddətli narahatlıqları barədə açıq və səmimi müzakirələr apardıq. Bu narahatlıqlara iqtisadi balanssızlıqlar və Çinin Ukraynada sülhün təmin olunmasındakı məsuliyyəti də daxildir”, – Koşta qeyd edib.


Onun sözlərinə görə, Aİ və Çin beynəlxalq hüquqa əsaslanan nizamın və çoxtərəfli sistemin gücləndirilməsi üçün birgə işləməlidir:

"Aİ və Çin beynəlxalq hüquqa əsaslanan nizamın və çoxtərəfli sistemin gücləndirilməsi üçün birgə işləməlidirlər. Beləliklə, iqlim dəyişikliyi kimi qlobal çağırışlara cavab verə bilərik”, – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR