Bank Of Baku

Donald Tramp və Boris Conson arasında telefon danışığı olub

Donald Tramp və Boris Conson arasında telefon danışığı olub
# 04 iyun 2019 17:35 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ilə Mühafizəkarlar Partiyasının liderliyinə və Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd Boris Conson arasında telefon danışığı baş tutub. 

ONA “Press Association”a istinadən xəbər verir ki, Donald Tramp və Boris Conson arasında təkbətək görüş keçirilməyəcək.

Məlumata görə, telefon danışığı dostcasına və səmərəli keçib, lakin Boris Conson Donald Trampla görüşdən imtina edib. Buna səbəb isə bu günə onun başqa tədbirinin planlaşdırılması olub. 

Qeyd edək ki, Böyük Britaniyaya səfər etmədən öncə “The Sun” qəzetinə müsahibəsində D.Tramp B.Consonun Mühafizəkarlar Partiyasının lideri seçiləcəyi təqdirdə, baş nazir vəzifəsinin öhdəsindən yüksək səviyyədə gələcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR