Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yardım ayırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə maliyyə qurumundan 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir.