Ərdoğan: Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik

Ərdoğan: Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik
# 23 iyun 2025 12:22 (UTC +04:00)

“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.

“Qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik”- Türkiyə prezidenti bəyan edib.

Qeyd edək ki, bazar günü Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR