Bank Of Baku

Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
# 09 avqust 2023 16:50 (UTC +04:00)

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclas çərçivəsində bir sıra daxili və regional məsələlərin müzakirə olunması nəzərdə tutulub.

İclasda İraq və Suriyanın şimalında terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, iclas zamanı Rusiya-Ukrayna müharibəsi, “Taxıl dəhlizi” ilə bağlı proseslər də müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR