Finlandiya Baş naziri Sanna Marin Kiyevə səfər edib.
APA xəbər verir ki, bu barədə Finlandiyanın Nazirlər Kabinetinin dəftərxanası öz “Twitter” səhifəsində yazıb.
“Baş nazir bu gün Ukraynada səfərdədir”.
Yle teleradioşirkəti isə Sanna Marinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünə dair məlumat yayıb.