Fransa Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun gələcək baş katibi postuna namizədliyinə qarşı çıxır.
APA-nın məlumatına görə, bu barədə şənbə günü “The Daily Telegraph” məlumat yayıb.
Fransa bunu Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqələndirir.
Nəşrin yazdığına görə, Parisdə onlar NATO-nun gələcək baş katibinin Aİ-dən olmasını istəyirlər.
Hesab olunur ki, bu, hərbi bloku öz təhlükəsizliyinin təmin edilməsi məsələlərində ABŞ-dan daha az asılı vəziyyətə salacaq.
Fransa bu məsələdə Almaniya və NATO üzvü olan 22 Aİ ölkəsinin əksəriyyəti tərəfindən dəstəklənir.