Bank Of Baku

Fransa Senatı pensiya islahatlarına dair qanunu qəbul edib

Fransa Senatı pensiya islahatlarına dair qanunu qəbul edib
# 12 mart 2023 03:57 (UTC +04:00)

Fransa parlamentinin yuxarı palatası - Senat pensiya islahatlarına dair qanunu qəbul edib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, iclas təxminən gecə yarısınadək gərgin müzakirələrlə davam edib.

Səsvermədə iştirak edən 307 senatordan 195-i qanunun lehinə, 112-si əleyhinə səs verib.

Qanun etiraz aksiyalarının səngiməsi fonunda qəbulı eidlib. əgər əvvəlki həftələrdə etiraz aksiyalarında 1,5 milyonadək insan iştirak edirdisə, şənbə günü keçirilən aksiyada cəmi 368 000 nəfər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR