Bank Of Baku

Fransada təyyarə qəzaya uğrayıb, üç nəfər ölüb

Fransada təyyarə qəzaya uğrayıb, üç nəfər ölüb
# 18 iyun 2023 06:57 (UTC +04:00)

Fransanın cənubunda yüngül mühərrikli təyyarə dağlıq ərazidə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Frans-Presse” agentliyi məlumat yayıb.

Nəticədə 3 nəfər həlak olub.

Qeyd olunur ki, qəza Var departamentinin Qonfaron kəndi yaxınlığında baş verib.

Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Fransa silahlı qüvvələrinin cənub komandanlığının məlumatına görə, ölən üç nəfərdən ikisi qonşuluqda yerləşən ikinci döyüş helikopter alayının təlim bazasının əsgərləridir.

Hazırda qəza yerində məhkəmə-tibb ekspertləri və müstəntiqlər işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR