Bank Of Baku

Fransada yaşayış binasında yanğın olub, 10 nəfər ölüb

Fransada yaşayış binasında yanğın olub, 10 nəfər ölüb
# 16 dekabr 2022 11:14 (UTC +04:00)

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın olub, ölənlər var.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Lion şəhəri yaxınlığındakı Vaulx-en-Velin kommunasında yeddi mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 10 nəfər həlak olub. Ölənlərdən beşi 3-15 yaş arası uşaqlardır.

Ümumilikdə 14 nəfər isə xəsarət alıb. 4 nəfərin vəziyyətinin ağır olduğu, daha 10 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

Darmanin bildirib ki, hazırda yanğının səbəbi məlum deyil.

"Bir neçə ssenari var və təhqiqat aparılacaq", - nazir əlavə edib.

Hadisə yerinə 180-ə yaxın yanğınsöndürən cəlb olunub və yanğın artıq söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR