Bank Of Baku

Fransanın müdafiə naziri Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib - YENİLƏNİB

Fransanın müdafiə naziri Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib - YENİLƏNİB
# 28 dekabr 2022 23:51 (UTC +04:00)

Fransanın müdafiə naziri Sebastyan Lekornu Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və həmkarı Aleksey Reznikov ilə görüşüb.

APA xəbər verir ki, bu bardə AFP məlumat yayıb.

Nazir görüşlərdə Kiyevə hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər mövcud hərbi texnikanın saxlanması məsələsini də müzakirə ediblər.

Öz növbəsində Ukrayna Prezidentinin Ofisi bildirib ki, Zelenski Lekornua Ukraynanın “sülh formulu” və qlobal sülh sammiti planları barədə danışıb.

O, Fransanın bu proseslərdə liderliyi ələ alacağına ümid etdiyini bildirib.

***

Saat 15:07

Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu Ukraynanın paytaxtı Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə Fransanın TF1 televiziyası məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada hərbi əməliyyatların başladığı 24 fervraldan indiyədək ilk dəfədir ki, bu səfər baş tutur.

Həmçinin əlavə edilib ki, fransalı nazirin ukraynalı həmkarı Aleksey Reznikov ilə də işgüzar görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR