Bank Of Baku

Fransanın Sen-Trope limanında superyaxta yanıb

Fransanın Sen-Trope limanında superyaxta yanıb
# 11 iyul 2025 04:37 (UTC +04:00)

Fransanın cənub-şərqində, Sen-Trope limanında "Sea Lady II" adlı superyaxta yanıb.

APA xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi yanğınsöndürmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur. Dəniz ərazisinin çirklənməsinin qarşısını almaq məqsədilə xüsusi qoruyucu baryerlər quraşdırılıb.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, uzunluğu 41 metr olan yaxtanın batma ehtimalı yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR