Bank Of Baku

Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb

Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb
# 26 iyun 2025 11:16 (UTC +04:00)

Yunanıstanın Xios (Saqqız) adasında 30 yaşlı gürcü qadın 65 hektar meşə sahəsini yandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Yunanıstanda qulluqçu işləyən qadın iyunun 23-də siqaret kötüyünü meşə ərazisinə atıb və nəticədə yanğın baş verib.

Yerli media gürcü qadının artıq günahını etiraf etdiyini, yanğınsöndürmə işlərinin isə hələ də davam etdiyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR