Bank Of Baku

Gürcüstan aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib

Gürcüstan aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib
# 02 iyul 2025 12:14 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.

Mövcud qanunvericiliyə görə ölkədən çıxarılan şəxslərin ölkəyə qayıdışı qadağandır. Bu ilin iyununda ümumilikdə 124 əcnəbi Gürcüstandan deportasiya edilib, 2025-ci ilin 6 ayının məlumatına görə isə ümumilikdə 525 əcnəbi vətəndaş ölkədən çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR