ANAMA sədri: Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib

ANAMA sədri: Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib
# 24 iyun 2024 11:03 (UTC +04:00)

Ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təkcə mina çirkləndirilməsi problemi deyil: "Döyüş gedən ərazilər də mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır".

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur. “Heç bir hərbi əhəmiyyəti olmayan ərazilər, qəbristanlıqlar, əkin sahələri, viran edilmiş yaşayış məskənləri, bağlar minalarla ciddi şəkildə çirkləndirilib”.

ANAMA rəhbəri qeyd edib ki, Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib, məlumatlar emal edilib: "Bu məlumatları emal etdik, bəlli oldu ki, təqdim olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini əhatə edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR