Bank Of Baku

Gürcüstan hökuməti ABŞ-nin tənqidlərinə cavab verib

Gürcüstanın baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın baş naziri İrakli Kobaxidze

# 24 iyul 2024 15:40 (UTC +04:00)

ABŞ Konqresindəki ədalətsiz bəyanatlar konkret siyasətçilərin ölkəmizə qarşı hücumu kimi qiymətləndirilməlidir.

APA-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildlrib.

Onun sözlərinə görə, həmin addımlar ölkəsinin rəsmi Vaşinqtonla əlaqələri yeniləmək niyyəti ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsir haqqında” qanun layihəsinin qəbulundan sonra hökumət bir sıra tənqidlərlə üzləşib. Avropalı rəsmilərin açıqlamalarında ölkənin avrointeqrasiya yolundan uzaqlaşdığı da qeyd olunub.

Bundan sonra ölkə hakimiyyəti həmin qanunu müzakirədən geri çəkmək, eləcə də növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı çağırış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR