Bank Of Baku

Gürcüstan müxalifəti məcburi hərbi çağırışın ləğvi tələbi ilə aksiya keçirib

Gürcüstan müxalifəti məcburi hərbi çağırışın ləğvi tələbi ilə aksiya keçirib
# 12 mart 2023 05:38 (UTC +04:00)

Müxalif “Yeni Siyasi Mərkəz - Qirçi” partiyası Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında məcburi hərbi xidmətə çağırışa qarşı mitinq keçirib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Gürcüstan” məlumat verib.

Aksiyada “Köləliyə yox”, “Hərbi xidmətə yox” şüarları səsləndirilib. Aksiya iştirakçıları Gürcüstan ordusunda könüllü xidmət tətbiqini tələb ediblər.

"Biz ordunun könüllü olmasını və heç kimin onun iradəsi əleyhinə çağırılmamasını tələb edirik", - Qirçi partiyasından deputat Aleksandr Rakviaşvili deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR