Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 2-ci piyada briqadasının 24-cü artilleriya batalyonunun komandiri, polkovnik-leytenant Qoderzi Apraşidze ildırım vurması səbəbilə vəfat edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, iyunun 13-də Orfolo təlim bazasında baş vermiş bədbəxt hadisədən dərhal sonra hərbçiyə ilkin tibbi yardım göstərilib və o, Axalsıx rayonunda xəstəxanaya çatdırılıb. Batalyon komandiri daha sonra müalicəsi üçün Tbilisidə xəstəxanaya köçürülüb. Məlumata görə bir neçə gündür ki, süni tənəffüs aparatına qoşulumuş zabit Tbilisidəki Universitet xəstəxanasında vəfat edib.