Gürcüstanın paytaxtı Tbilisidə cari ilin yekunlarına dair keçirilən “Səfirlərin Konfransı–2022”də bu ölkənin Prezidenti Salome Zurabişviliyə oturacaq ayrılmayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin administrasiyasının bəyanatında bildirilib.
Qeyd olunub ki, yer ayrılmaması səbəbindən Prezidenti Zurabişvili konfransda iştirak edə bilməyib.
“Bu, protokolun pozulmasıdır”, - Prezident Administrasiyasının açıqlamasında bildirilib.