Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib

Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
# 03 may 2024 13:16 (UTC +04:00)

Gürcüstan Xarici İşlər Nazirliyi Fransanı qeyri-obyektivlikdə ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatında Fransa XİN-ə Parisdə keçirilən etiraz aksiyalarına hüquq-mühafizə orqanlarının qəddar müdaxiləsi xatırladılıb.

“Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları ümumbəşəri insan haqları standartlarına tamamilə zidd olan qəddar üsullarla etirazçılara qarşı çıxanda belə Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Fransa XİN Gürcüstandakı vəziyyəti narahatlıqla izlədiyini, “xarici təsir” qanununa etiraz edən nümayişçilərə müdaxiləni pislədiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR