Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hakim "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sui-qəsd də daxil olmaqla bir sıra cinayət əməllərinə hazırlıqlarla bağlı faktlar əsasında araşdırmalara başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilib ki, planlaşdırılan suiəsd və digər cinayət əməllərinin təşkilatçıları Gürcüstanın hazırda Ukraynada olan keçmiş yüksək rütbəli dövlət və hökumət rəsmiləridir.
Qeyd olunub ki, terror mahiyyəti daşıyan cinayət əməllərinin məqsədi ictimai iğtişaşlar yaradaraq hökuməti zəiflətmək və hakimiyyət çevrilişi etməkdir.