İngiltərənin Essex bölgəsində yük maşınında ölü tapılan 39 nəfərin milliyəti bəlli olub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ölənlər Çin vətəndaşlarıdır.
Polis qətldə şübhəli bilinən yük maşınının sürücüsü, 25 yaşlı Mo Robinsonu sorğulamağa davam etdiyini bildirib.
Şimali İrlandiya polisi iki evdə axtarış aparıb və bəyan edib ki, bu hadisədə rol oynama ehtimalı yüksək olan mütəşəkkil cinayətkar dəstələrin müəyyənləşdirilməsi istiqamətində işləyir.
Qeyd edək ki, dünən İngiltərənin Essex bölgəsində yük maşınında biri azyaşlı olmaqla 39 nəfərin meyiti aşkarlanıb.
Meyiti tapılan şəxslərin miqrant olduğu açıqlanıb.
Yük avtomobilinin İngiltərəyə Bolqarıstandan daxil olması ilə bağlı ilkin versiyalar irəli sürülsə də, daha sonra bu yük maşınının ölkəyə Belçikadan daxil olduğu bildirilib.