Bank Of Baku

İngiltərə sahillərində mühacir daşıyan qayıq aşıb, axtarışlar aparılır

Xilasetmə qayığı

© APA | Xilasetmə qayığı

# 14 dekabr 2022 14:23 (UTC +04:00)

Bu gün səhərə yaxın Böyük Britaniyaya keçmək istəyən mühacirlərlə dolu qayıq İngiltərə sahillərində, La-Manş boğazında aşıb.

APA xəbər verir ki, bu barədə “GB News” məlumat yayıb.

İlkin məlumatlara görə, onlarla insan suya düşüb və hal-hazırda Britaniya sahil mühafizə xidmətinin əməkdaşları və Britaniya Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi fransız balıqçı gəmilərinin köməyi ilə axtarış-xilasetmə işləri aparır.

İngiltərənin cənub-şərqində yerləşən Kent qraflığı yaxınlığında aparılan xilasetmə işləri nəticəsində artıq bir neçə nəfər sudan çıxarılıb, onların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR