Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.
Bildirilib ki, hökumət administrasiyasında baş tutan görüşdə regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar müzakirə edilib, Qara dəniz regionunun təhlükəsizliyinin möhkəmləndirilməsində Gürcüstanın mühüm rolu vurğulanıb.
Gürcüstanın hökumət başçısı Ceyms Kleverliyə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə, habelə dövlət institutlarının möhkəmlənməsinə və demokratik inkişafa verdiyi töhfəyə görə təşəkkür edib.