İran səfiri Almaniya XİN-ə çağırılıb

İran səfiri Almaniya XİN-ə çağırılıb
# 15 aprel 2024 15:37 (UTC +04:00)

Tehranın keçən həftə sonu İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İranın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi brifinqdə deyib.

"Sizə məlumat verə bilərəm ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb və hazırda görüş davam edir", - sözçü əlavə edib.

Qeyd edək ki, bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, İsrailin İran üzərində "müdafiə qələbəsi" diplomatik vasitələrlə təmin edilməli və bütün tərəflər gərginliyin qarşısını almaq üçün çalışmalıdır.

"İsrail güclü hava hücumundan müdafiə sistemi və ABŞ, Britaniya və ərəb dövlətlərinin səyləri sayəsində müdafiədə qalib gəlib. İndi biz regionda eskalasiyanın qarşısını almalıyıq", Berbok bildirib.

Xatırladaq ki, Tehran da İranın İsrailə raket və PUA hücumuna Almaniya, Fransa və Böyük Britaniya verdiyi reaksiyaya görə bu ölkələrin diplomatlarını XİN-ə çağırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR